Xaçmaz KOBİM tərəfindən “Ünsiyyət” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 23 oktyabr tarixində mərkəzə istinadən məlumat verir.
Mərkəzin eksperti tərəfindən doğru ünsiyyətin qurulması, effektiv danışıqlar üçün ünsiyyətqurma bacarıqları ilə bağlı məlumat verilib. Təlimdə bədən dili, jest və mimikalardan istifadə, geyim və aksesuar seçimi, işgüzar yazışma qaydaları barədə danışılıb.
12 nəfər iştirakçının olduğu görüşün sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.