Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi növbəti maarifləndirici təlim təşkil edib. Bu haqda ShimalNews 23 oktyabr tarixində nazirliyə istinadən məlumat verir.
Toplantıda FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri iştirak ediblər. Görüş zamanı fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkilinə, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər təbii fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə, həmçinin qüvvələrin qarşılıqlı fəaliyyət üzrə təcrübələrinin artırılmasına diqqət yetirilib.
Sonra əldə edilmiş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.