Xaçmaz rayonunda “Gələcəyimizi düşünək, narkomaniyaya yox deyək!” devizi altında yeniyetmə və gənclərlə görüş təşkil edilib. Bu haqda ShimalNews 23 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.
Tədbir Hacıəlibəy kənd tam orta məktəbində baş tutub. Xaçmaz RPŞ-nin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili polis leytenantı Nemət Xurşudov, RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Faiq İlyasov, RGİİ-nin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Ağahüseyn Əzizov “ağ ölüm”ün yeniyetmə və gənclərimizin gələcək həyatına neqativ təsirindən danışıblar.
Toplantı Quba-Xaçmaz RGİİ-nin Xaçmaz rayonu üzrə sektorunun, Xaçmaz rayon Təhsil sektorunun və Xaçmaz rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.