Düşüncələri ilə baş-başa qalmaq üçün sakit bir yer axtaranlar Qusarda yerləşən müdriklik cığırını mütləq ziyarət etməlidirlər.

“Terrenkur” adlanan bu cığır Qusar şəhərinin şimal-şərqində, meşə massivində (Olimpiya İdman Kompleksinin yaxınlığı) yerləşir. Onun uzunluğu 2500 metrdir. Terrenkur yerli sakinlər tərəfindən meşə ərazisində yaradılıb. Bu səbəbdən bura meşəbəyi tərəfindən nəzarət olunur.

Ağacların arasında gəzərkən müxtəlif dillərdə fəlsəfi kəlamlar yazılan lövhələrə rast gəlmək olar. Onlar məktəblilər tərəfindən düzəldilib, buna görə bir sıra orfoqrafik səhvlərə rast gəlmək olar.

Əvvəllər Terrenkurda söhbətgah və onun içində kitablar var idi. Ziyarətçilər onları götürüb əvəzinə öz kitablarını orada qoya bilərdilər. Bir şərtlə ki, kitab öz yerinə qaytarılacaq. Təəssüf ki, hazırda bu ənənə mövcud deyil.

Ziyarətçilər deyirlər ki, burada gəzmək, velosiped sürmək, idman və piknik üçün çox uyğundur.

Terrenkur (fransızca “terrain” – ərazi və “kur” – müalicə kursu) – fiziki fəaliyyəti nəzərdə tutan sanatoriya-kurort müalicəsi üsuludur. Hal-hazırda bu söz daha çox xüsusi təyin edilmiş marşrutlar əsasında terapevtik gəzintiyə aid edilir.

Terrenkur – Qusarda mütləq ziyarət olunmalı yer
Photo Shimal.News
Terrenkur – Qusarda mütləq ziyarət olunmalı yer
Photo Shimal.News
Terrenkur – Qusarda mütləq ziyarət olunmalı yer
Photo Shimal.News
Terrenkur – Qusarda mütləq ziyarət olunmalı yer
Photo Shimal.News