Quba rayonunda 200 kv.m-lik tikilidə yanğın baş verib. Bu haqda ShimalNews 21 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN)  istinadən məlumat verir.

Hadisə Sırt Çiçi kəndində qeydə alınıb. Tövlənin yanar konstruksiyaları və damına yığılan 10 ton ot bağlaması yanıb.

Əraziyə cəlb edilən yanğından mühafizə bölmələri alovu söndürərək yaxınlıqdakı tikililəri mühafizə ediblər.