Gənclər arasında atletika üzrə Quba rayon turniri başa çatıb. Bu haqda ShimalNews 21 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdman tədbiri Olimpiya İdman Kompleksində keçirilib. Turnirə rayonun müxtəlif məkblərindən 40 nəfərdən çox idmançı qatılıb. Yarış zamanı qızlar və oğlanlar 100m və 200m qaçış normativləri yerinə yetiriblər.
Birinciliyin sonunda qaliblər müxtəlif dərəcəli diplomlarla təltif ediliblər.