Xaçmaz və İsmayıllı rayonlarında “Zəfər” Musiqi və Teatr Festivalı keçiriləcək. Bu haqda ShimalNews 21 oktyabr tarixində məlumat verir.
Tarixi qələbəmizə həsr olunmuş tədbirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22 oktyabr – 8 noyabr tarixlərində baş tutacaq.
Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, Vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.