İsmayıllı rayonunda gənc müəllimlərlə görüş keçirilib. Bu haqda ShimalNews 21 oktyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Tədbirdə RTİ-nin müdiri Rövşən Əliyev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə iştirak ediblər. Görüş zamanı çıxış edən natiqlər AGMA-nın fəaliyyəti və keçirdiyi müxtəlif tədbirlər haqqında, gənc müəllim platforması haqqında məlumat veriblər.

Daha sonra görüş AGMA-nın əməkdaşı Fərid Seyfullayevin təlimi ilə yekunlaşıb.