Xaçmazı təmsil edən “NTD-INDIGO” komandası “Xəzri” ilə görüş keçirib. Bu barədə ShimalNews 21 oktyabr tarixində xəbər verir.

Yoldaşlıq oyunu Azərbaycan Texniki Universitetinin idman zalında keçirilib. Qarşılaşma “Xəzri”nin 82:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün açılış oyunu isə oktyabrın 22-də keçiriləcək.