Xaçmaz şəhidi Mahir Məmmədovun xatirəsi anılıb. Bu haqda ShimalNews 20 oktyabr tarixində məlumat verir.

Şıxaput kəndində keçirilən anım mərasimində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin, filialı Xalça muzeyinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri iştirak ediblər.

Mahir Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.