Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 20 oktyabr tarixində nazirliyə istinadən məlumat verir.

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda baş tutan toplantıda iştirakçılar ulu öndərin həyat və fəaliyyətindən söz açıblar. Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.