Şimal bölgəsində 7 məktəbli inklüziv təhsilə cəlb olunub. Bu haqda ShimalNews 20 oktyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Şagirdlər Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin 1 və 3-cü siniflərində, Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 1 və 2-ci siniflərində təhsil alırlar.
İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır.