Bu gün səhər saatlarına olan məlumata görə, bölgədə hava şəraiti qeyri-sabit keçib. Bu barədə ShimalNews 20 oktyabr tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Şahdağda 3 sm hündürlüyündə qar yağıb.
Düşən yağıntının miqdarı: Şahdağda 6 mm, Quba, Qusar, Xaltan, Qrızda 5 mm-dək olub.
Duman: Qusar, Qrızda müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Ölkə ərazisində 20-si gündüz və 21-22-də hava şəraiti mülayim, sabit keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.