İsmayıllı rayon başçısı Nahid Bağırov “Nümayəndə günü” keçirib. Bu haqda ShimalNews 20 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.

İcra Hakimiyyətinin iclas zalında keçirilən görüşdə İƏD üzrə nümayəndələr iştirak ediblər. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Qaldırılan məsələlərin əsasını keçmiş məcburi köçkünlərlə görüşlərin keçirilməsi, onlara köç prosesinə aid digər məsələlər haqqında məlumatların verilməsi, zəruri ictimai informasiya fonunun yaradılması, bu istiqamətdə təbliğat-izahat və maarifləndirmə işlərinin aparılması və digər mövzular təşkil edib.