Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları məktəblilər üçün maarifləndirici tədbir keçiriblər. Bu haqda ShimalNews 19 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil edilən toplantı Qusarçay tam orta məktəbində baş tutub. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Görüşdə çıxış edən polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs ediblər.

Tədbir zamanı yeniyetmələrə mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.