Xaçmaz rayonunda sakinlərin bir qismi zəlzələ təkanlarını hiss edib. Bu barədə ShimalNews 19 oktyabr tarixində məlumat verir.
Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu hadisənin saat 11:12-də Xəzər dənizində (Dağıstan) baş verdiyini bildirib. Zəlzələnin dərinliyi 31 km, maqnitudası isə 4.4 bal təşkil edib.