Qusarda Azərbaycan kinosunun 125 illiyinə həsr olunan bilik yarışı keçirilib. Bu haqda ShimalNews 19 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

2 nömrəli tam orta məktəbdə təşkil olunan yarışa yuxarı sinif şagirdləri, gənc müəllimlər, müxtəlif sahələrdə çalışan gənclərdən ibarət 9 komanda qatılıb. Qusar rayonunun Bədirqala kəndini təmsil edən eyniadlı komanda I yeri qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. 2-ci və 3-cü yerləri müvafiq olaraq, “Lotos” və “Zəfər” komandaları tutub.

Qalib və mükafatçılar müvafiq olaraq, kubok, medal, diplom və bədii ədəbiyyat nümunələri ilə təltif ediliblər.