Quba Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. Bu barədə ShimalNews 19 oktyabr tarixində məlumat verir.

Burada Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən simulyativ formatda müxtəlif hərbi təlimlər və hərb oyunları təşkil olunub.

3 gün ərzində 100 tələbə “Mübarizlər”, “Canavarlar”, “Aslanlar”, “Şahinlər”, “Əqrəblər”, “Qartallar” və “Zəfər” komandalarına bölünərək mübarizə aparıb.

Yekun nəticələrə əsasən, ən yüksək bal toplayan “Aslanlar” birinci yer tutaraq, kuboka sahib çıxıb. “Qartallar” və “Canavarlar” komandaları yarışı ikinci və üçüncü pillədə başa vurub.