Quba şəhərində elektrik avtomobilləri üçün enerji doldurma stansiyaları («Charge box»lar) quraşdırılıb. Bu haqda ShimalNews 19 oktyabr tarixində məlumat verir.

2 ədəd qurğu “ASAN” xidmətin yaxınlığında yerləşdirilib. Stansiya avtomobillərin batareyasını 3-4 saat ərzində 600 kilometr məsafə üçün enerji ilə tam qidalandırır.

“Charge box”lar Bakıda istehsal olunur, bunun üçün İtaliyadan gətirilmə avadanlıqlardan istifadə edilir.