Quba gəncləri üçün “Zehnin idarə olunması” təlimi keçiriləcək. Bu haqda ShimalNews 19 oktyabr tarixində məlumat verir.

Toplantı ASAN Təlim Mərkəzində oktyabrın 22-si saat 12:00-da start alacaq.  Burada müzakirə olunan mövzuları təqdim edirik:

  • streslə mübarizə: günlük stresləri idarə etmək üçün praktik təcrübələr və məsləhətlər;
  • meditasiya və yoqa: zehni sükunət və vəziyyətə gətirmək üçün tətbiq edilə bilən praktik alətlər;
  • hədəf qoymaq və planlaşdırmaq: həyatınızdakı məqsədləri təyin etmək və onlara nail olmağa yönəlmiş prinsiplər;
  • özünüzü tanımaq: özünüzlə daha yaxından tanış olaraq özünüzün gücünü və ehtiyacını öyrənmək.

Təlimdə gənclər, işçilər, tələbələr, valideynlər – bir sözlə, hər yaşda insanların iştirakı nəzərdə tutulub.