İsmayıllıdan olan gəncimiz İngiltərədə “Dünya ölkələrinin tarixi” adlı beynəlxalq müsabiqədə iştirak edəcək. Bu barədə ShimalNews 19 oktyabr tarixində xəbər verir.
Talıstan kənd tam orta məktəbinin 9-cu sinfində təhsil alan Emil Ağamirzəyev yarışda iştirak etmək üçün London şəhərinə yola düşəcək.
Emil bundan öncə də beynəlxalq olimpiadalarda Türkiyədə 6-cı, Qazaxıstanda və Serbiyada 4-cü yerləri tutub. O, eləcə də Danimarkanın ən böyük liseylərindən birinə qəbul olunub.