2023-cü ilin 19 sentyabr tarixində antiterror əməliyyatı zamanı yaralanmış İsmayıllıdan olan qəhrəmanlarımız ziyarət ediliblər. Bu haqda ShimalNews 18 oktyabr tarixində xəbər verir.
Görüş zamanı icra başçısı Nahid Bağırov onlarla söhbət edib. Hərbçilərimizin – Əlizamin və Rəvanın qayğı və çətinlikləri ilə yaxından maraqlanıb. Onların sağalması üçün bütün səylərin göstəriləcəyi diqqətə çatdırılıb.