İsmayıllı rayonundan olan şəhid Səməd Hüseynzadənin mövlud günüdür.  Bu haqda ShimalNews 18 oktyabr tarixində məlumat verir.

Səməd 1998-ci il oktyabrın 18-də Talıstan kəndində dünyaya gəlib. Orta təhsilini Talıstan kənd tam orta məktəbində alıb. O, Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində iştirak edən əsgər Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Səməd Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.