Xaçmazın icra başçısı Elnur Rzayev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri növbəti dəfə yeni körpünün inşası işlərinin gedişi ilə maraqlanıblar. Bu haqda ShimalNews 17 oktyabr tarixində xəbər verir.
Qudyalçay üzərində yerləşən körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı da nəzərdə tutulub. Tikinti ilə bağlı baxış zamanı rayon rəhbərliyi tərəfindən müvafiq tövsiyələr verilib.
Hazırda, eləcə də hərəkətin rahatlığını təmin etmək üçün yeni alternativ yol da çəkilir. Bunun üçün çayın məcrası dəyişdirilib, yeni suötürücülər qoyulub. Hazırda son tamamlanma işləri görülür. Elnur Rzayev həmin əraziyə da baş çəkib və hərəkətin təhlükəsiz təşkili üçün tapşırıqlarını verib.