Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi idman tədbirlərinin qrafikini açıqlayıb. Bu barədə ShimalNews 17 oktyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Quba:
– 18 oktyabr saat 16:00-da – gənclər arasında atletika üzrə rayon turniri (Olimpiya İdman Kompleksi);
– 19 oktyabr saat 14:30-da – gənclər arasında voleybol üzrə rayon turniri (Olimpiya İdman Kompleksi);
– 20 oktyabr saat 10:00-da – gənclər arasında üzgüçülük üzrə təlim-məşq dərsləri (Olimpiya İdman Kompleksi);
Qusar:
– 22 oktyabr saat 11:00-da – məktəbli oğlanlar arasında voleybol turniri (Olimpiya İdman Kompleksi).
Xaçmaz:
– 18 oktyabr saat 16:00-da – taekvondo üzrə nümunəvi çıxışlar ( taekvondo zalı);
– 20 oktyabr saat 11:00-da – məktəblilər arasında kross yarışı (Olimpiya İdman Kompleksi).