Bu gün səhər saatlarına olan məlumata görə, bölgədə hava şəraiti qeyri-sabit keçib. Bu barədə ShimalNews 17 oktyabr tarixində xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Şahdağda 2 sm hündürlüyündə qar yağıb.

Eləcə də İsmayıllı, Quba və Qusar rayonları ərazisində arabir duman olub, yağış yağıb və şimşək çaxıb.