Qusar Olimpiya İdman Kompleksində “Üzməyi öyrənək” layihəsi çərçivəsində təlim-məşqlərə start verilib. Bu barədə ShimalNews 17 oktyabr tarixində məlumat verir.
Təşkilatçılıq Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunub. Açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov, Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məşqçi müəllimlər və 1-5-ci sinif şagirdləri iştirak ediblər.
Şagirdlərə üzgüçülük üçün xüsusi papaqlar hədiyyə edilib, sonda isə üzməyi bacaranlar öz məharətlərini nümayiş etdiriblər.