Qusarda 2 qardaşın ölümünə dəm qazının səbəb olduğu bildirilib. Bu haqda ShimalNews 17 oktyabr tarixində xəbər verir.

Şəhərdə kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin, ilkin məlumata görə, göbələkdən zəhərlənməsi məlumatı yayılmışdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, araşdırmalar aparılıb. Qan analizləri nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazından zəhərlənmədən baş verdiyi məlum olub.

Daha öncə 2 nəfər – 47 yaşlı Sabir və 45 yaşlı Sakit Zeynalovların dünyalarını dəyişməsi və 43 yaşlı Şamil Zeynalovun ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi haqda məlumat vermişdik.