Qusarda qida təhlükəsizliyi üzrə yoxlamalar həyata keçirilib. Bu barədə ShimalNews 17 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.
AQTA-nın əməkdaşları tərəfindən ət satışı və heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb. Nəticədə bir sıra nöqsanlar aşkar olunub, heyvan kəsimi və ət satışı məntəqələri ilə bağlı inzibati tədbir görülüb.
Məsuliyyətə cəlb edilmiş müəssisələr aşağıdakılardır:
Sahibkarlıq subyekti | Ünvan |
---|---|
Ağamuradov Adik Əliyar oğlu | N.Şərifov küçəsi |
Pirəhmədov Araz Pirəhməd oğlu | N.Şərifov küçəsi |
Qaçabəyov Rofel Nofəl oğlu | N.Şərifov küçəsi |
Əliyev Abdulla Şirin oğlu | N.Şərifov küçəsi |