Quba rayonu ərazisində oğurluqla məşğul olan şəxs saxlanılıb. Bu haqda ShimalNews 17 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Rayon ərazisində bir evdən 500 manat dəyərində su mühərriki və samovar, bir həyətyanı sahədən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən Qobustan şəhər sakini K.Nəsirov saxlanılıb.
Araşdırma nəticəsində həmin şəxsin bu ilin iyul-avqust aylarında Amsar kəndində də eyni əməllər törətdiyi açıqlanıb. Onun bir evdən 5.750 manat dəyərində məişət əşyaları, bir obyektdən isə 7.225 manat dəyərində naqil oğurlaması da müəyyən olunub.