Cümə məscidi İsmayıllı şəhərinin Əbülhəsən Ələkbərzadə küçəsində yerləşir. İbadətgah 1882-ci ildə inşa olunub.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırım nəticəsində məscid dağıdılmış və yandırılmışdır.

Məscidin binası 1937-1988-ci illərdə məktəb, hərbi kazarma, həbsxana və anbar kimi istifadə edilib. 1989-1990-cı illərdə burada təmir-bərpa işləri aparılıb və məscidin  fəaliyyəti bərpa olunub.

İbadətgah dördbucaqlı formasındadır və çaylaq daşı ilə hörülüb. Binanın üç giriş qapısı var. Onlardan birinin üstündə daş kitabə mövcuddur. Məscidin döşəməsi daş plitə ilə işlənib. İbadət zalında 10 tağvari formalı pəncərə var. Tikilinin minbəri taxtadandır və səkkiz pillədən ibarətdir.

İsmayıllı şəhər Cümə məscidi yerli əhəmiyyətli tarixi abidə hesab olunur.

Hazırda məscidin həyətində mədrəsə binası fəaliyyət göstərir.

İstinad edilən mənbələr: