Xaçmaz ərazisindəki Qudyalçay üzərində rahat hərəkəti təmin etmək üçün yeni alternativ yol çəkilir. Bu haqda ShimalNews 16 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Müvəqqəti yolun tikintisi 2 gün ərzində başa çatdırılacaq. O, köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunur.
“Əraziyə baxış keçirilərək, alternativ yol üçün ən uyğun yer seçilib. Üç gündür işlərə başlamışıq. Çayın məcrasını dəyişib, suyu suötürücülərdən keçirəcəyik. Suötürücülərin üzərindən keçəcək yeni yol iki gün ərzində hazır olacaq. Çayda suyun səviyyəsinin çoxalması prosesi bir az gecikib. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edəcəklər”, – deyə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirib.