Xudat şəhərində yerləşən anbar yanıb. Bu haqda ShimalNews 16 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Ümumi sahəsi 130 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 55 kv.m sahədə və içərisinə yığılan taxta taralar alovlanıb.

Yanğından mühafizə bölmələri yanğını söndürüb, anbarın qalan hissəsini alovdan mühafizə edib.