Qusar rayonunda ot bağlamaları yanıb. Bu haqda ShimalNews 16 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Əniq kəndində qeydə alınıb. Həyətyanı sahədə toplanan 8 ton ot bağlamasının 4-ü yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürərək ot bağlamalarının qalan hissəsini yanğından mühafizə ediblər.