Qusar Dövlət Ləzgi Dram Teatrında  Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” tamaşası nümayiş olunacaq. Bu haqda ShimalNews 16 sentyabr tarixində adı çəkilən teatra istinadən xəbər verir.

Tədbir oktyabrın 18-i saat 11:00-da başlayacaq. O, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilib.