Qubada qəzaya uğrayan şəxs 10 gün sonra dünyasını dəyişib. Bu haqda ShimalNews 16 oktyabr tarixində məlumat verir.
Oktyabr ayının 6-sı Pərviz Hüseynov öz maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çarpılıb. Ağır xəsarətlər alan 42 yaşlı sürücü Sumqayıt Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər saatlarında xəstəxanada ölüb.