Qubada şagirdlər üçün “Narkomaniyaya yox deyək” mövzusunda tədbir təşkil edilib. Bu haqda ShimalNews 16 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Alekseyevka kənd tam orta məktəbində təşkil olunan toplantıda narkomaniyanın fəsadlarından bəhs edilib. RPŞ-nin rəisi polis polkovniki Mehman Əliyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və nazirliyin bu məsələ ilə bağlı ölkə ərazisində həyata keçirdiyi əməliyyatlar barədə yeniyetmələri məlumatlandırıb.

Məktəblilərə narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib. Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.