Quba-Bakı yolunda yük avtomobili qəzaya uğrayıb. Bu haqda ShimalNews 16 oktyabr tarixində məlumat verir.
Hadisə İqrığ kəndindən keçən ərazidə qeydə alınıb. Maşın Ağçay çayı üzərində yerləşən körpünün beton hissəsinə çarpılıb. Əraziyə polis əməkdaşları və xüsusi texnika cəlb edilib. Yük avtomobili qaldırıcı kran vasitəsilə götürülüb.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxuya getməsi olub. Sürücü başından xəsarət alıb.