Yeniyetmə qızlar arasında atletika idman növü üzrə İsmayıllı rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 16 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinə istinadən məlumat verir.

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə yeniyetmə qızlar arasında təşkil edilən idman tədbiri 3 nömrəli məktəb – liseydə baş tutub. Yekun nəticəyə görə, 6 nömrəli tam orta məktəb 1-ci yeri,  Topçu kənd tam orta məktəbi 2-ci, 7 nömrəli tam orta məktəb isə 3-cü yeri qazanıb.

Yarışın keçirilməsində məqsəd məktəbli yeniyetmələrdə vətənpərvərlik və vətəndaşlıq hissinin aşılanması, məktəblilər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsidir.