Xaçmaz regional miqrasiya idarəsində vakansiya elan edilib. Bu haqda ShimalNews 16 oktyabr tarixində Dövlət Miqrasiya Xidmətinə istinadən məlumat verir.
İnspektor vəzifəsində çalışmaq istəyən şəxslər noyabr ayının 24-dək qeydiyyatdan keçməlidirlər. Müsabiqə iki mərhələdən ibarətdir:
- test imtahanı;
- söhbət.
Müsabiqənin test imtahanı mərhələsi 10 dekabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Qeydiyyat və imtahanla bağlı ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.