Xaçmazda gənclər arasında intellektual oyun keçirilib. Bu haqda ShimalNews 14 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Azərbaycan kinosunun yaranmasının 125 illik yubileyinə həsr olunmuş tədbir 7 nömrəli tam orta məktəbdə baş tutub. Yarışda 8 komanda iştirak edib. Turnirin qalibi adını Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbin “Nömrə 1” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. 2-ci və 3-cü yerləri müvafiq olaraq, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin “1-0” və şəhər 2 nömrəli tam orta məktəbin “İstiqlal” komandaları tutub.
Qalib və mükafatçılar müvafiq olaraq, kubok, medal, diplom və bədii ədəbiyyat nümunələri ilə təltif ediliblər.