Qusarda 3 nəfər göbələkdən zəhərlənib, ölənlər var. Bu haqda ShimalNews 14 sentyabr tarixində Apa-ya istinadən xəbər verir.

Məlumata görə, 2 nəfər – 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş 1 şəxs dünyalarını dəyişiblər. 43 yaşlı Şamil Zeynalov isə ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, Zeynalovlar Cəlilabad rayon sakinləridir.

Faktla bağlı araşdırmalara başlanılıb.