Qubada xəsarətlə nəticələnən qəza qeydə alınıb. Bu haqda ShimalNews 14 sentyabr tarixində xəbər verir.
Hadisə H.Əliyev prospektində saat 11:00 radələrində (“Nord” hospitalın qarşısında) baş verib. “VAZ-2106” və “Lada Priora” toqquşub.
Şahidlərin sözlərinə görə, “06” gözləmədən “Priora”nın yoluna çıxıb və toqquşma baş verib. Səbəbkarın avtomobilində olan sərnişin xəsarət alıb.
Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.