Xaçmaz rayonunda bir nəfər oğurladığı avtomobillə qəza törədib. Bu haqda ShimalNews 13 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Xaçmaz – Niyazoba avtomobil yolunda qeydə alınıb. Paytaxt sakini Ramil Balamirzəyev “VAZ-21014” markalı minik avtomobili ilə yol kənarında dayanan “Mercedes” markalı nəqliyyat vasitəsinə çarpılıb. 22 yaşlı gənc hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.