Quba rayonunun Aşağı Tüləkəran kəndindən olan qazi Elşən Həmidov ailə həyatı qurur. Bu barədə ShimalNews 13 oktyabr tarixində xəbər verir.
“Quba” Şadlıq sarayında oktyabrın 14-ü saat 14:00-da toy mərasimi təşkil olunacaq. Qonaqlar sırasında rayon rəhbərliyinin də olacağı gözlənilir.
Elşən 44 günlük Vətən muharibəsində göstərdiyi sücaəti sayəsində “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən muharibəsi iştirakçısı” medalları ilə təltif olunub.