İsmayıllı rayon icra başçısı Nahid Bağırov vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 13 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüş rayonun Çayqovuşan kəndində baş tutub. Qəbulda vətəndaşları narahat edən müraciətlər dinlənilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Onların həlli üçün icra başçısı müvafiq tapşırıqlar verib.