İsmayıllı bağlarında məşhur Qızıləhmədi almalarının yığımına başlanılıb. Bu haqda ShimalNews 13 oktyabr tarixində Dünya TV-yə istinadən məlumat verir.
Ötən illərlə müqayisədə bu il məhsuldarlıq boldur. 2022-ci ildə kilosu 2-3 manata satılırdısa, cari ildə 4-5 manata alıcılara təqdim edilir. Yerli bazara çıxarılan meyvənin alıcısı o qədər çoxdur ki, sahibkarlar almanı ağacdan satırlar.
Qızıləhmədi alma sortu qan azlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə xeyirlidir. Meyvə ürək-damar sisteminin fəaliyyətini də tənzimləyir.