İsmayıllıda yeniyetmələr arasında intellektual yarışma keçirilib. Bu haqda ShimalNews 13 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən toplantı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Diyallı kənd tam orta məktəbinin komandası “Nə? Harada? Nə zaman?” formatında keçirilən müsabiqənin İsmayıllı çempionu adına layiq görülüb. 2-ci yeri Təzəkənd kənd tam orta məktəbi, 3-cü yeri isə Cülyan kənd tam orta məktəbi və şəhər 3 nömrəli məktəb-liseyi qazanıb.
Qaliblər diplom və kubokla mükafatlandırılıblar.