Sumqayıt-Qusar, Sumqayıt-Xaçmaz və Xudat-Sumqayıt şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə ShimalNews 12 oktyabr tarixində xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, sənədlər noyabrın 9-u saat 17:00-dək (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel.: 012-567-99-76, 055-626-55-63, e-poçt: [email protected]) qəbul ediləcək.