Noyabr ayından başlayaraq  bölgəmizdə meşə fondu torpaqlarında payız əkin mövsümünə start veriləcək. Bu barədə ShimalNews 12 oktyabr tarixində xəbər verir.

Bu ilin payız əkin mövsümündə ümumilikdə 1.5 milyon ağac tinginin əkilməsi, 25 tondan artıq toxumun səpilməsi planlaşdırılır.

Artıq Şabran, Quba, Qusar, Xaçmaz, İsmayıllı və digər rayonların açıq sahələrində və ötən illərdən yanğına məruz qalmış meşə torpaqlarında hazırlıq işləri aparılıb.